"Qəbələ" “Panatinaikos”la oyuna necə hazırlaşır?

18.08.2015 | 3169 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.

Komanda Azərbaycan Premyer Liqasının II turunda AZAL-la keçirilən oyundan (2:0) sonra məşqlərinə ara verməyib. Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan “Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən Roman Qriqorçukun komandası hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.

Avqustun 20-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" oyunu saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail