"Neftçi" dünənki qalmaqalla bağlı dəyanat yaydı

18.08.2015 | 3460 dəfə oxunub

“Neftçi” yeni bəyanat yayıb. Stadium.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “İnter”lə keçirilən qarşılaşmadan sonra azarkeşlərlə bağlı yaranmış problemə aydınlıq gətirib.

Həmin bəyanatda deyilir: “17.08.2015-ci il tarixdə Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilmiş “İnter” PİK – “Neftçi” PFK matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” PFK üçün çox vacibdi. Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkib. Futbolçulara qarşı nalayiq ifadələr işlətmiş bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməyib. Belə olan halda, “Neftçi” PFK-nın futbolçuları yalnız özlərini müdafiə etməyə çalışıblar. Həmin şəxs “İnter” PİK-in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə edib və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlədib.

“Neftçi” PFK olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq.

“Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidi. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdi. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail