Cavid Hüseynovun vəkilindən qalmaqallı açıqlama

18.08.2015 | 4571 dəfə oxunub

"Təəssüf hissi ilə qeyd etməliyəm ki, mərhum Rasim Əliyevin jurnalist peşəsi ilə əlaqədar deyil, məişət zəminində baş vermiş davada ölməsi faktını, Avropanın bir sıra yüksək vəzifəli şəxsləri hüquqi savadsızlıqdan və ya hansısa maraqlardan irəli gələrək siyasiləşdirməyə cəhd edirlər. Bu da istintaqa təzyiq göstərərək, müdafiəçisi olduğum Cavid Hüseynovun vəziyyətinin ağırlaşmasına və istintaqın qabaqcadan bəlli olan istiqamətə meyllənməsinə səbəb olur. Bunların içərisində Avropa Şurasının baş katibi Turbyörn Yaqland kimi nüfuzlu bir şəxsin bəyanatı xüsusilə təəssüf doğurur". 

Stadium.az xəbər verir ki, bunu "Qəbələ" futbol klubunun sabiq kapitani Cavid Hüseynovun vəkili Adəm Məmmədov bildirib.

O qeyd edib ki, hələ ibtidai istintaqın getdiyi bir dövrdə və hadisələrin əsl motivlərinin tam bilinmədiyi bir mərhələdə, məsələni məhz "jurnalist ölümü" kimi səciyyələndirən Avropa Şurasının baş katibinin yüksək tribunalardan hadisə tərəflərindən yalnız birinin mövqeyinə uyğun bəyənatlar səsləndirməsi istintaq orqanlarının psixoloji təzyiq altında fəaliyyət göstərmələrinə səbəb olur: "Mən cənab Yaqlandın belə məsuliyyətsiz və tələsik davranışını yalnız onun ixtisasca iqtisadçı olması və hüquqi bilgilərinin lazımı səviyyədə olmaması ilə əlaqələndirirəm. Əks halda, o bilməli idi ki, onun Avropa Şurasına üzv dövlətlərin məhkəmə-hüquq sisteminə təzyiq edən belə bəyənatları, qulluq səlahiyyətlərinin aşılması faktıdır və bütün beynəlxalq hüquq normalarının ("Ümumdünya İnsan Haqları Bəyannaməsi"nin 7 və 11-ci maddələrinin, BMT-nin "Mülki və Siyasi Hüquqlar Haqqında” Paktının 14.1 və 14.2 maddələrinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyanın 6.1 və 6.2 maddələrinin; və nəhayət Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin) onun tərəfindən kobud surətdə pozulması halıdır. Onun bu davranışının, hüquqlarını müdafiə etdiyim şəxsin istintaqına təzyiq göstərdiyini və vəziyyətinin ağırlaşmasına səbəb olduğunu, eləcə də onun gələcək professional karyerasına əhəmiyyətli ziyan vurduğunu nəzərə alaraq, Turbyörn Yaqlandın məhkəməyə verilməsi ilə bağlı lazımi sənədlərin toplanmasına başlamışam".

A.Məmmədov əmin olduğunu bildirib ki, jurnalist Rasim Əliyevin ölümü hərtərəfli araşdırılacaq və günahkarlar öz layiqli cəzalarını alacaqlar. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail