Samir Əliyev: "İnter"lə oyunda da gənc futbolçumuzun təcrübəsizliyindən azlıqda qaldıq" - AÇIQLAMA

18.08.2015 | 2698 dəfə oxunub

"Neftçi" əsası gənc futbolçulardan qurulmuş komandadır. Bildiyiniz kimi, əsas heyətdə meydana çıxan futbolçuların əksəriyyətinin təcrübəsi azdır. Amma təcrübə də birdən-birə qazanılmır".

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlamasında deyib. Əliyev gənc futbolçulara şans verməklə risk etdiyini bildirib: 

"Futbolçu özü səhv etdikcə oyundan oyuna inkişaf etməlidir. Bunun üçün zamana ehtiyac var. Biz gələcəyin komandasını qurmağa çalışırıq. Düzdür, “Neftçi” elə bir komandadır ki, burada hər zaman nəticə də göstərməlisən. Gənc futbolçulara şans verməyin riskli olduğunu öncədən də bilirdik. Bununla belə, biz gələcəyi düşünərək bu gün riskə gedirik.

"İnter"lə oyunda da gənc futbolçumuzun təcrübəsizliyindən azlıqda qaldıq. Amma biz komandamıza, futbolçularımıza güvənirik. Mən özüm də məşqçi kimi gəncəm və daim öyrənməyə, inkişaf etməyə çalışıram. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edirik. Azarkeşlər də hər zaman komandada yerli futbolçuların çox olmasını istəyirlər. Elə bizim də məqsədimiz odur. Çalışırıq ki, təcrübəli legionerlərin əhatəsində onların özünə inamı daha da artsın. Doğru yolda olduğumuzu zaman sübut edəcək. Sadəcə, bir az səbrli olmaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail