Anatoli Banişevskinin forması "Marakana”da FOTOLAR

18.08.2015 | 4186 dəfə oxunub

"Neftçi”nin Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov "Marakana” muzeyinin nümayəndələri ilə görüşüblər. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş əsnasında Azərbaycan futbol tarixinin ən köklü komandası barədə məlumatlar verilib.

Ardından flaqmanın yetirməsi və peşəkar karyerası ərzində yalnız "Neftçi"də oynamış Anatoli Banişevskinin "Marakana"da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçunun 9 nömrəli forması muzeyə hədiyyə edilib.

Anatoli Banişevski 21 noyabr 1965-ci ildə SSRİ yığmasının heyətində Braziliya ilə yoldaşlıq görüşündə "Marakana” stadionuna toplaşmış 132 min azarkeş önündə onilliyin qoluna imza atıb. Banişevski başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırıb. Bu qol 59-cu dəqiqədə - Pelenin hesabı açmasından 5 dəqiqə sonra gerçəkləşib. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik edib. Braziliyalıların yaddaşında "qızıl baş” ləqəbi ilə qalan əfsanəvi futbolçu bu günə kimi də "Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail