"Neftçi"nin stadionu dəyişdirildi

20.08.2015 | 4165 dəfə oxunub

PFL Azərbaycan Premyer Liqasının üçüncü turunda keçiriləcək "Neftçi” – "Sumqayıt” matçının məkanını və vaxtını dəyişib. Stadium.az xəbər verir ki, qarşılaşma "Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

"Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya görüşü ilə əlaqədar olaraq, ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunun təmirə bağlanacağını bildirib. Bu səbəbdən klub Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt”la matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Bunu nəzərə alan PFL qarşılaşmanın məkanını dəyişməyə qərar verib.

Avqustun 23-ü keçiriləcək oyun əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 18:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail