Vaqif Sadıqov: "Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik"

20.08.2015 | 2825 dəfə oxunub

AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov bu gün Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” - “Panatinaikos” görüşü haqda danışıb. 

Stadium.az  “Qəbələ” İK qəzetinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis Qəbələ təmsilçisinin Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Qəbələ” təkcə baxımlı futbol deyil, həm də xarakter göstərən komandadır. Qeyd edim ki, püşk bu komandaya güzəşt etməyib. 

“Qəbələ” hələ təsnifat mərhələlərində güclü rəqiblərlə qarşılaşsa da, hər birinə əsl gücünü göstərməyi bacardı. Həm də ayrı-ayrı futbol məktəblərinə qarşı oynamalı oldu. Baş məşqçi Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. Uğurlu çıxışın davamı mütləq gələcək. “Qəbələ” çempion “Qarabağ”la matçda da əsl simasını, çox mübariz komanda olduğunu göstərdi. Komanda hesabda geriyə düşüb azlıqda qalsa da, özündə güc taparaq məğlubiyyətdən qurtula bildi”.

O, həmçinin “Qəbələ”nin növbəti ilkə imza atacağına inandığını bildirib: “Qəbələ”də komanda ruhu var. Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik. Mən bilərəkdən rəqiblərdən söz salmadım. Çünki hesab edirəm ki, tarixi yazan biz olmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail