Klublarımızın UEFA reytinqi açıqlandı

21.08.2015 | 5698 dəfə oxunub

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb. AStadium.az xəbər verir ki, 456 klubun yer aldığı siyahıda Azərbaycanı 7 komanda təmsil edir.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Hesabına 0,275 xal əlavə edən ağdamlılar aktivini 11,750-yə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 133-cü yerdə qalıb.

“Neftçi” 9,400 xalla 1 addım irəliləyərək 159-cu pilləyə yüksəlib. 5,150 xalı olan “İnter” də bir addım irəliləyib və 252-ci yerə qalxıb.

“Qəbələ” əmsalını 4,400-ə çatdırıb. Bununla da “qırmızı-qaralar” 279-cu pillədə qalıb.  4 pillə irəliləyən “Xəzər Lənkəran” (4,400) 288-cı pilləyə sahib olub. Hərəyə 2 pillə irəliləyən “Bakı” və AZAL (hər ikisi 2,900) 347-ci yerə şərikdi.

 Siyahıya 142,885 xalı olan İspaniya “Real”ı başçılıq edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail