“Elnurdan o qədər yığmışdım ki, istəyirdim, sifətinə bir yumruq vurum”

21.09.2011 | 6570 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi:


- Son turlarda “Qarabağ” bir qədər inamsız təsir bağışlayır. Daha doğrusu, baxımlı oyun, kifayət qədər qol epizodları var. Amma nəticə yoxdur. Bu nə ilə əlaqədar ola bilər?

- İnanırsız, belə fikirləşəndə, oturub təhlil eləyəndə, bu vəziyyətdən çıxış yolu axtarırıq. Amma digər tərəfdən, bu futboldur, belə şeylər olur. Belə hallar çox olub. İnşallah, çalışırıq tez bir zamanda bundan yaxa qurtaraq. Qurban müəllim də tez-tez bizə deyir ki, futbolda belə problemlər olur, unudun. İnanır ki, əvvəlki oyunumuzu tapıb, qələbələri sıralayacağıq. Biz də ancaq onu fikirləşirik. Çempionat təzə başlayıb, qarşıda çox oyun var. Əvvəlki oyunumuzu sərgiləyib, qələbələr qazanmaq istəyirik. Qol epizodlarımız olsa da, yararlana bilmirik. Bu da həm yorğunçuluqdan, həm də təcrübəsizlikdən irəli gəlir.

- “Xəzər Lənkəran”la son oyunda bir neçə azarkeşin Qurban Qurbanovu istefaya səsləməsi barədə nə düşünürsən? Sənin buna münasibətini bilmək maraqlı olardı.

- Mən həmin cinahda oynadığım üçün qışqıranları yaxşı görürdüm. Mən onları azarkeş adlandırmazdım. Çünki Azərbaycan futboluna bu qədər xeyir verən, ilk dəfə avrokuboklarda bu qədər mərhələ keçən məşqçini istefaya səsləmək ağılızlıqdır. Çempionatda 2-3 oyun uduzan kimi, “istefa” qışqırırlar. Onlar futboldan anlayışı olmayan insanlardır. Kimsə onlara deyib ki, bu cür şüar səsləndirsinlər. Ancaq azarkeşlər qışqırmırdılar. 5-6 nəfər var idi, onlar idi qışqıran. Belə arxamızdan qışqırmağın heç yeri yoxdur. Kiminsə sözü varsa, gəlib, üzümüzə desin. Kimə deyirik, Qurbanovu istefaya səsləyiblər, heç kim inanmır.

- Necə düşünürsən, bu, kimlərinsə təxribatı ola bilər? Çünki son günlər mətbuatda bu məsələ müzakirə olunur.

- Ola bilər, bunu kimsə təşkil eləsin. Çünki bu, 5-6 nəfərin əməli deyil. Quzanlıda da “istefa” qışqırmışdılar. Bəlkə də kimsə bunların arxasında durub. Ancaq dəqiq bilmirəm. Bunu heç cür başa düşə bilmirəm ki, niyə Qurbanov kimi məşqçini istefaya səsləyirlər.

- “Qarabağ”ın azarkeşləri sənin son oyunlarından narazı qalıblar.

- Mən onların fikriylə razılaşıram. Amma o qədər yorğunçulıuq var ki, sanki yeriyə bilmirəm. Bir qədər halsızlaşmışam. əvvəlki formamdan çox uzağam. Baş məşqçi ilə də danışdıq. Dedi ki, istəyirsən, sənə istirahət verim, get dincəl. Amma mən qəbul etmədim. İstəyirəm ki, çox çalışıb, əvvəlki Əfran olum. Problem yoxdur. Futbolçunun da belə halları olur. Bunları unutmaq istəyirəm. Azarkeşlərin oyunumdan narazı qalmağa haqları var. Bunu özüm də hiss edirəm. Qurban müəllim də mənə deyib. Həm komanda, həm də fərdi oyunçular olaraq, bu vəziyyətdən çıxmağa çalışırıq.

- “Xəzər Lənkəran”la oyunda Rauf Əliyev rəqib komandanın müdafiəçisi Elnur Allahverdiyevin sərt hərəkətindən sonra zədələndi. Qurban Qurbanov mətbuata açıqlamasında bildirib ki, Elnur Raufdan öncə Əfranın ayağını sındırmaq istəyirdi.

- Düz deyir. Elnur hələ oyundan əvvəl mənə deyirdi ki, Əfran, oyunda səni belə edəcəm, elə edəcəm. Doğrudan da, meydançada dediyi kimi elədi. Durduğum yerdə ayağımı tapdalayırdı. Mən də baxıram onun sifətinə, istəyirəm vuram. Sonra fikirləşirəm ki, deyəcəklər, qırmızı aldı, komandanı azlıqda qoydu. Özümü güclə saxladım. Elnurdan o qədər yığmışdım ki, istəyirdim, sifətinə bir dənə yumruq vurum, qalsın orda. İnanırsan, özümü saxlayıb, vurmadım. O isə hər fürsətdə ayağıma, buduma vururdu. Millidə bir yerdə oynayırıq. Heç olmasa, bunu nəzər almalı idi. Məndən sonra keçdi Raufa. O, insan deyil. Hə, bilirik ki, sərt oyunçudur. Kobud oyunçusansa, topa oyna, ayağa yox.

- Bəlkə Elnurla aranızda hər hansı problem var?

- Yox, heç bir problem yoxdur. Sadəcə özünü göstərmək istəyir. Buna görə də belə kobud oynayır. Bu insan ancaq öz mənafeyini düşünür. Ancaq digər tərəfdən baxanda, Elnurdur. Elnuru hamı tanıyır, bilirlər ki, necə oğlandır. Səviyyəsini göstərmək istəyirdi, onu da ki, bizimlə oyunda göstərdi.

- Növbəti turda “Qarabağ” AZAL-la qarşılaşacaq. Həmin oyun bərədə nə deyə bilərsən?

- AZAL-la oyuna ciddi hazırlaşırıq. Gündə iki dəfə məşq edirik. Üstümüzdəki yorğunçuluğu atmağa çalışırıq. Vacib xallar itirmişik. AZAL da ciddi rəqibdir. Ancaq bir tərəfdən də sevinirik ki, süni örtükdə, düz meydançada oynayacağıq. Topu özündə çox saxlayan komanda üçün belə meydançalarda oynamaq daha rahatdır. Əvvəlki qaydada plan üzrə hazırlaşırıq. Qələbə qazanmaq istəyirik. Çünki bu, bizim üçün çox vacibdir.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail