"Qarabağ" və "Qəbələ" qalib gəldi YENİLƏNİB

23.08.2015 | 5490 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.


Stadium.az xəbər verir ki, bu gün daha üç oyun baş tutacaq.

Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gələcək. Geridə qalan iki turdan cəmi 1 xal qazanan "Neftçi" bu görüşdə qələbə qazanmağa çalışacaq. Keçirdiyi iki görüşdə uduzmayan "Sumqayıt" isə ən azı səfərdən 1 xalla ayrılmaq niyyətindədir.

Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkəcək. Roman Qriqorçukun komandası bu oyunda qələbə qazanacağı təqdirdə liderliyə yüksələcək.

Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olacaq. Keçirdiyi iki oyundan məğlub ayrılan AZAL güclü rəqibi ilə dueldə xal qazanmağa çalışacaq. Lakin çempionluq uğrunda mübarizə aparan "Qarabağ"ın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq.


23 avqust

Azərbaycan Premyer Liqası, 3-cü tur

18:30. “Neftçi” – “Sumqayıt” 2:1

Qollar: Araz Abdullayev, 51 (1:0), Rəhman Hacıyev, 53 (2:0), Nuran Qurbanov, 77 (2:1) 
Hakimlər:
 Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Həsənov Rəhim
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

21:00. “Qəbələ” – “Kəpəz”  1:0

Qol: Ermin Zec, 6 (1:0)
Hakimlər:
 Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Paşayev Ömər, Əhmədov Ramil
Qəbələ şəhər stadionu

21:00. AZAL – “Qarabağ”  0:2

Qollar: Mahir Mədətov, 44 (0:1), Dani Kintana, 65 (0:2)
Hakimlər:
 Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
“Dalğa Arena”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail