Joze Mouriny:"Bu, bir dəqiqəlik söhbət oldu"

23.08.2015 | 2836 dəfə oxunub

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Pedro Rodriqesin transferindən danışıb.

Portuqaliyalı mütəxəssis mətbuata açıqlamasında bunları deyib:

"Bu, bir dəqiqəlik söhbət oldu. Mən soruşdum: "Bu həqiqətdi ki, sən "Barselona"dan gedirsən?". O, cavab verdi: "Bəli. Mən bu klubu sevirəm, bura mənim evimdi, amma getmək vaxtıdı".

Sonra mən soruşdum: "Sən artıq hansısa klubla müqavilə imzalamısan?" O dedi: "Praktik olaraq, amma hələ imzalamamışam". Mən dərhal soruşdum: "Sən "Çelsi"yə keçmək istəyirsən?". O dedi: "Bəli".

Mənim üçün bir dəqiqəlik danışıq oldu. Klubda transfer işlərinə baxan şəxslərə dedim ki, Pedro başqa klubla danışıq aparsa da, hələ müqavilə imzalamayıb. 

O dedi ki, bizə keçmək istəyir, buna görə hər şey sizdən asılıdı. Mən düşünürdüm ki, o heç vaxt "Barselona"nı tərk etməyəcək".

Pedro ilə həmçinin "Mançester Yunayted" və "Mançester Siti" klubları danışıq aparırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail