"AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik"

24.08.2015 | 2806 dəfə oxunub

Topaz Premyer Liqasının III turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi “Kəpəz”i 1-0 hesabı ilə üstələdi. 

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi):
 “İlk növbədə gəncəli azarkeşlərə təşəkkür edirəm. Fanatlar bu gün komandamızın arxasında durdular, məğlubiyyətə baxmayaraq, futbolçulara dəstək oldular. Düşünürəm ki, bu gün nə biz, nə də “Qəbələ” məğlubiyyətə layiq idi. Sadəcə, 1 dəfə səhv etdik və rəqib qol vurdu. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrupunda oynamağa layiq komandadır. Mən də öz komandama görə utanmıram. “Kəpəz” hazırda pis çıxış etmir. Xallar və qələbər gələcək. Sadəcə, zamana ehtiyac var. Zamanı isə tələsdirmək vacib məsələdir. Komandamız hazırda düzgün oynayır və qığılcımlar, işıq ucu görünür. Yaxşı nəticələr uzaqda deyil. 
Bildiyiniz kimi, komanda yeni formalaşıb. Heyətdə yer alan futbolçulardan 4 nəfər bizə gec qoşulub. Bunların hər biri hücumda çıxış edir. Dario, Juninyo, Soltanov və Sitnik buna görə fiziki cəhətdən əziyyət çəkir. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranacaq fasilədən istifadə edib, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, mən çox istərdim ki, yeni oyunçular alaq. Amma büdcəmiz hələ ki, buna imkan vermir. Kiçik büdcə ilə böyük klub yaratmaq çətindir. Transfer məsələsində tələsmək olmaz. Transfer xətrinə transfer etmək istəmirik.  Mən hesab edirəm ki, 5, 6 turdan sonra hər komanda öz yerini tutacaq. Hazırda isə etiraf edim ki, 3 oyuna 2 xal qazanmaq acınacaqlıdır”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Futbolçular tərəfindən oyun ərzində müdafiədən hücuma keçmək cəhdləri oldu. Bu zaman səhvlərimiz vardı. Amma oyunçular işi görməyə çalışdılar. AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik. Futbolçuları oynatmaq lazımdır ki, onlar kollektivə uyğunlaşsınlar. Azərbaycan çempionatının öz reqlamenti var. Ona görə də biz tez-tez iki fərqli heyətə güvənirik. Mənim üçün indiki məqamda nəticə çox önəmlidir. Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək. Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb. 
Avropa Liqasında güclü komandaya qarşı oynayacağıq. Var gücümüzlə çalışacağıq ki, nəticə qazanaq. Nəticə çox önəmlidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail