Şahin Diniyev: "5-6 turdan sonra hər komanda öz yerini tutacaq"
“İlk növbədə gəncəli azarkeşlərə təşəkkür edirəm. Fanatlar bu gün komandamızın arxasında durdular, məğlubiyyətə baxmayaraq, futbolçulara dəstək oldular”. Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Topaz Premyer Liqasının III turunda səfərdə “Qəbələ”yə məğlub olan (0:1) gəncəlilərin baş məşqçisi oyun haqqında fikirlərini bildirib:
“Düşünürəm ki, bu gün nə biz, nə də “Qəbələ” məğlubiyyətə layiq idi. Sadəcə, 1 dəfə səhv etdik və rəqib qol vurdu. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrupunda oynamağa layiq komandadır. Mən də öz komandama görə utanmıram. “Kəpəz” hazırda pis çıxış etmir. Xallar və qələbər gələcək. Sadəcə, zamana ehtiyac var. Zamanı isə tələsdirmək vacib məsələdir. Komandamız hazırda düzgün oynayır və qığılcımlar, işıq ucu görünür. Yaxşı nəticələr uzaqda deyil.
Bildiyiniz kimi, komanda yeni formalaşıb. Heyətdə yer alan futbolçulardan 4 nəfər bizə gec qoşulub. Bunların hər biri hücumda çıxış edir. Dario, Juninyo, Soltanov və Sitnik buna görə fiziki cəhətdən əziyyət çəkir. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranacaq fasilədən istifadə edib, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, mən çox istərdim ki, yeni oyunçular alaq. Amma büdcəmiz hələ ki, buna imkan vermir. Kiçik büdcə ilə böyük klub yaratmaq çətindir. Transfer məsələsində tələsmək olmaz. Transfer xətrinə transfer etmək istəmirik. Mən hesab edirəm ki, 5-6 turdan sonra hər komanda öz yerini tutacaq. Hazırda isə etiraf edim ki, 3 oyuna 2 xal qazanmaq acınacaqlıdır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |