"Neftçi" 12 oyunluq həsrətə son qoydu

24.08.2015 | 2582 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Neftçi” iki uğursuz seriyaya son qoyub. Stadium.az xəbər verir ki, bakılılar həm Premyer Liqa, həm bütün oyunlarda yaşadıqları qələbə həsrətini sona çatdırıb.

132 gün əvvəl - aprelin 13-də “İnter”lə kubokun yarımfinal oyununda 2:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ümumilikdə 12 matçda qalib gələ bilməmişdi. 6 heç-heçə və 6 məğlubiyyətdən ibarət bu seriyada 2 avrokubok, 2 kubok və 8 çempionat oyunu baş tutub.

Paytaxt təmsilçisi Premyer Liqadakı son qələbəsini isə 140 gün əvvəl aprelin 5-də qazanılmışdı. “Simurq”u səfərdə 1:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 9 görüşdə qələbəyə həsrət qalmaqla klubun antirekordunu müəyyənləşdirib. Bu matçlarda 5 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.  Uğursuz seriyanın 7 oyunu ötən, 2 matçı cari mövsümdə keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail