AZAL-dan ən uğursuz start

24.08.2015 | 2734 dəfə oxunub

AZAL Azərbaycan Premyer Liqasının ilk 3 turunda məğlub olub.

Stadium.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, Bakı klubunun tarixində ölkə çempionatlarında ən uğursuz startdır.

2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AZAL həmin vaxt 1 xalla kifayətlənib. Digər 9 mövsümün startında isə bakılılar ən azı 1 qələbə qazanıb. AZAL həm də ilk dəfə 3 oyunu qol vurmadan başa vurub. Debüt mövsümündə daha gec – III turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub.

Xatırladaq ki, AZAL cari mövsümdə “Zirə”yə 0:1, “Qəbələ” və “Qarabağ”a eyni – 0:2 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail