Daha bir idmançımız Olimpiya Oyunlarına lisenziya qazandı

24.08.2015 | 2663 dəfə oxunub

Azərbaycanın daha bir idmançısı Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb.
 
Stadium.az Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə keçirilən dünya çempionatını Azərbaycan millisi 3 olimpiya lisenziyası ilə başa vurub.
 
Sonuncu lisenziyaya da kayakçı İnna Osipenko-Rodomska sahib çıxıb. O, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurub. Finişə 41,548 saniyəyə çatan 33 yaşlı idmançı yeni zelandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb.
 
Daha öncə Osipenko Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 5-ci yerin sahibi kimi olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. İndiyədək digər növlər üzrə dünya çempionatlarında birdən-birə 2 olimpiya lisenziyası qazanan olmayıb. Üstəlik, ölkəmiz kayak növündə ilk dəfə olimpiadada təmsil olunacaq.
 
Digər tərəfdən, Valentin Demyanenko ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ əldə edib. 32 yaşlı idmançı dünya çempionatında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə 6-cı yerin sahibi kimi buna nail olub.
 
Beləliklə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan millisi kayak və kanoe yarışlarında ilk dəfə ən azı 3 medal uğrunda mübarizə aparacaqlar. Amma lisenziyaların sayı daha da arta bilər. Dünya çempionatında lisenziyasız qalan təmsilçilərimiz bunun üçün gələn ilin mayında təşkil olunacaq Avropa təsnifat reqatasında ilk 2 yerdən birini tutmalıdırlar.
 
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı Valentin Demyanenkodan əlavə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Sergey Beziqlıy - Maksim Prokopenko dueti təmsil edib. Bu dəfə Bezuqlıyın Aleksey Kupinlə dueti olimpiya məsafəsi sayılan 1000 metr-lik yürüşdə yarımfinal səddini keçə bilməyib. Onlar 500 metr məsafəyə yürüşdə finala çıxsalar da, 5-ci olublar. Ümumi komanda hesabında Azərbaycan millisi dünya çempionatını 130 xalla 86 ölkə arasında 25-ci pillədə başa vurub. Xallardan 71-i kanoeçilərin (Valentin Demyanenko, Taras Matviyçuk, Sergey Bezuqlıy - Aleksey Kupin), 51-i qadın kayakçı İnna Osipenko-Rodomskanın, 8-i isə kişi kayakçı Mirnazim Cavadovun aktivinə yazılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail