"Rəvan" təlim-məşq toplanışına gedir

25.08.2015 | 2944 dəfə oxunub

"Rəvan" "Avro-2016"nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədə təlim-məşq toplanışı keçirəcək.

Stadium.az xəbər verir ki, elitada iştirakı gec bəlli olduğu üçün yay fasiləsində hazırlıq keçmək üçün az zamanı olan paytaxt klubu çatışmazlıqları aradan qaldırmağı planlaşdırır. "Rəvan" bu məqsədlə təlim-məşq toplanışı üçün Zaqatalaya gedəcək.

"Rəvan" bu gün saat 19:00-da "Bayıl Arena”da I divizionda mübarizə aparacaq "Şərur”la yoxlama matçı keçirəcək. Sabah isə komanda Zaqatalaya gedəcək. Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq komanda sentyabrın 9-da Bakıya dönəcək.

Toplanış dönəmində 3 yoxlama matçı nəzərdə tutulub. Oyunların keçirilmə vaxtları və rəqiblərin kimliyi ən qısa zamanda bəlli olacaq. Emin Quliyevin komandasının Tiflisdə Gürcüstanın elita təmsilçilərindən biri ilə də qüvvəsini sınaması nəzərdə tutulub.

Qeyd edək ki, "Rəvan" Azərbaycan  Premyer Liqasının IV turunda "Neftçi”ni qəbul edəcək. Matç sentyabrın 13-də "Bayıl Arena”da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail