Çingiz Abdullayev: "Vəzifəmin başındayam və bütün proseslərə nəzarət edirəm"

25.08.2015 | 3219 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib.
 
Stadium.az xəbər verir ki, şura sədri həmçinin 9 futbolçunun milli komandalarımıza dəvət olunmasına da münasibət bildirib:

"Hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasam da, komandanın çıxışını izləyirəm və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alıram. “Sumqayıt” klubu ilə oyunda qazanılmış qələbə münasibətilə futbolçuları təbrik edirəm. Düzdür, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçusunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər".

Bununla yanaşı, Çingiz Abdullayev onun Müşahidə Şurasından istefa vərəcəyi ilə bağlı bəzi KİV-də yayılmış xəbərlərə münasibət bildirib: "Bu, söz-söhbətdən başqa bir şey deyil. Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdur. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmin başındayam və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğulara imza atacaq. İşgüzar səfərim başa çatdıqdan sonra sentyabr ayının əvəllərində Müşahidə Şurasının növbəti iclasını keçirəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail