AFFA-dan millət vəkilinə zərbə - pulu kəsildi

26.08.2015 | 3121 dəfə oxunub

Bu ilin əvvəlində nəzarəti altında olan Alman Futbol Məktəbi bağlanan AFFA-nın I vitse-prezidenti Rauf Əliyev daha bir zərbə alıb. AFFA millət vəkilinin daha bir layihəsini dayandırıb. Belə ki, Rauf Əliyev Alman Futbol Məktəbi ilə yanaşı, "Cross Culture" layihəsinə də nəzarət edirdi. Heç bir fəaliyyəti olmasa da, AFFA-nın büdcəsindən bu layihəyə yüzminlərlə manat ayrılırdı. Lakin federasiya rəhbərliyi deputatın fəaliyyətsizliyini görərək layihəyə son qoymaq qərarına gəlib.

Qeyd edək ki, 13 saylı Xəzər birinci seçki dairəsindən millət vəkili seçilən Rauf Əliyev 1 milyon manatlıq yeyintidə ittiham olunurdu. Belə ki, millət vəkili AFFA-nın 2009-cu ildə yaratdığı Berlin Futbol məktəbinin qeyri-rəsmi kordinatoru təyin edilmişdi. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, 2009-cu ildən 2014-cü ilin sonunadək bu layihəyə 1 milyon manat (dolların həmin vaхtkı kursuna əsasən 1,3 milyon dollar) ayrılıb. Bu ilin əvvəlində Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu 2009-2014-cü illərdə 336 min avro (dolların həmin vaхtı kursu ilə 400 min dollar) edir. Göründüyü kimi təхminən 900 min dollar vəsait "havaya buхarlanıb". Millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib. AFFA rəhbərliyi 2015-ci ilin əvvəlində layihəni dayandırıb. (piasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail