"Panatinaikos"un baş məşqçisi: "Qəbələ" ilə oyunda bəxt də vacibdir"

26.08.2015 | 3394 dəfə oxunub

Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransı təşkil edib.
 
Stadium.az xəbər verir ki, o, öncə bunları söyləyib:
 
"Pley-off mərhələsində asan oyun ola bilməz. Bizim cavab görüşündəki çıxışımızdan, xüsusilə onun nə dərəcədə effektli olmasından çox şey asılıdır. Bəxt də vacibdir. Ölkə çempionatının startında qələbə qazandıq. Ona görə komandada yaxşı ab-hava hökm sürür. Qələbə qazanmaq və qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik".
 
Yunanların çalışdırıcısı "Panatinaikos"un asan qələbə qazanacağını düşünənlərlə razılaşmadığını dilə gətirib: "Belə danışanları başa düşmürəm. İndi Avropada, qitə miqyaslı turnirin bu mərhələsində asanlıqla 3-4 qol vuracağın rəqib yoxdur. Bizi ağır oyun gözləyir. Bizi asan oyun gözlədiyini deyənlərlə razı deyiləm. Biz də bilirik ki, növbəti mərhələyə vəsiqə qazanmağa borcluyuq. Uşaqlar hər oyunda qələbə qazanmaq üçün çalışırlar. Bakıda qol vura bilməsək də, çempionat oyununda buna nail olduq. Qarşıdakı oyunda da bunu təkrarlamağa çalışacağıq".
 
Anastasiu Bakıdakı oyunu da xatırlayıb: "İlk oyunda daha çox "Qəbələ"ni zərərsizləşdirmək haqda düşünürdük. Eyni zamanda boşluqlar axtarırdıq ki, hücumlar təşkil edək, qol vuraq. Bu dəfə isə yəqin ki, tam fərqli oyun sərgiləyəcəyik. Hər şeyi sabah özünüz görəcəksiniz".
 
"Panatinaikos"un baş məşqçisi "Qəbələ" barədə də danışıb: "Qəbələ"nin əvvəlki mərhələlərdə keçirdiyi oyunlara baxmışdım. İlk oyunumuzda onların oxşar futbol sərgiləyəcəyini gözləyirdim. Demək olar ki, ciddi fərq görmədim". (azerisport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail