Qriqorçuk: “Sabah kim bunu yaxşı bacarsa, o da mərhələ adlayacaq”

26.08.2015 | 3435 dəfə oxunub

“Bu cür oyunlarda uğursuz keçinmək mümkün deyil. “Panatinaikos”la oyuna adi qaydada hazırlaşmışıq. Nəzərə almaq lazımdır ki, son vaxtlar biz sıx qrafikdə oynayırıq".

Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində səfərdə "Panatinaikos"la cavab oyunu öncəsi  deyib.

O, sabahkı matçda komandaların kombinasiyalı oyuna üstünlük verəcəyini bildirib:

 “Heyətdə hansı itkilərimizin olduğunu bilirsiniz. Qalan futbolçuların hamısı hazırdır. Sabahkı oyuna futbolçularımız həyatlarındakı ən vacib hadisələrdən biri kimi yanaşmalıdırlar. Əminəm ki, sabahkı görüş Bakıdakı oyundan fərqlənəcək. Bunun əsas səbəblərindən biri də qazondur. Mən artıq burada meydanın durumu ilə tanış olmuşam. Sabah hər iki komanda kombinasiyalı oyuna üstünlük verəcək. Komandalar öz tərzlərində çıxış edə bilərlər. Kim bunu yaxşı bacarsa, o da mərhələ adlayacaq”.  

R.Qriqorçuk komandasının psixoloji cəhətdən problem yaşamayacağını qeyd edib:

 “Sabah stadionda hansı ab-havanın yaşanacağını bilirəm. Amma heyətimizdəki futbolçular təcrübəlidirlər. Heç bir halda bu, bizim üçün maneə ola bilməz. Təbii ki, sabahkı oyunda azarkeşlərimizin yeri də görünəcək. Son oyunlarda fanatlarımız bizə möhtəşəm dəstək veriblər. Onların dəstəyi bizim üçün böyük motivasiyadır”.qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail