Azərbaycan futbolunda ən böyük uğur!

28.08.2015 | 3959 dəfə oxunub

Bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" və "Qəbələ" klubları tarixi uğura imza atıb. Stadium.az xəbər verir ki, Ağdam təmsilçisi ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etməklə ötənilki uğurunu təkrarlayıb.

"Qəbələ" isə avrokuboklarda ikinci mövsümündə tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. Bununla da, Azərbaycan ilk dəfə Avropa Liqasının qrup mərhələsində iki komanda ilə təmsil olunacaq.

"Qarabağ" İsveçrənin "Yanq Boyz" (1:0, 3:0), "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" klubunu (0:0, 2:2) iki oyunun nəticəsinə görə üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb. Hər iki klubumuzun qrup mərhələsindəki rəqibləri bu gün keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail