"Qəbələ"dən tarixi uğur!

28.08.2015 | 2977 dəfə oxunub

Avrokuboklarda ikinci mövsümünü keçirən "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Stadium.az xəbər verir ki, "qırmızı qaralar" bu uğura Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunu mübarizədən kənarlaşdırmaqla imza atıb.

Bakıda "Panatinaikos"la 0:0 bərabərə qalan "Qəbələ" Yunanıstanda da rəqibinə uduzmayıb - 2:2. Bu nəticə ilə "Qəbələ" tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib.

Eyni zamanda Roman Qriqorçukun komandası Avropa Liqasında dörd mərhələ keçən ilk Azərbaycan klubu kimi tarixə düşüb. "Qəbələ" qrup mərhələsinə qədər müvafiq olaraq "Dinamo" (Gürcüstan), "Çukariçki" (Serbiya), "Apollon" (Kipr) və nəhayət "Panatinaikos" (Yunanıstan) klublarını mübarizədən kənarlaşdırıb. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayacaq üçüncü Azərbaycan klubu olub. Daha öncə "Neftçi" və "Qarabağ" ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edib.      



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail