Dodo:"Bütün bacarığımızı ortaya qoyacağıq"

28.08.2015 | 2945 dəfə oxunub

“Panatinaikos”la oyun çətin keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üzdən də konsentrasiya üzərində çox çalışmışdıq".

Bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la cavab oyunu (2:2) haqda fikirlərini bildirərkən deyib.

Klubun rəsmi saytına danışan braziliyalı yarımmüdafiəçi qeyd edib ki, o, bütün komanda yoldaşlarımla birlikdə oyuna psixoloji cəhətdən tam köklənmişdilər:

"Qələbə üçün mübarizə aparmağı qarşımıza hədəf qoymuşduq. Çünki “Qəbələ” üçün Yunanıstan klubu ilə oyun çox vacib idi. Bu matç həm bütün futbolçular, həm “Qəbələ”nin adı üçün çox önəm daşıyırdı. Biz bu oyunda ürəyimizi qoyub, var qüvvəmizlə mübarizə apardıq. Ola bilsin ki, komanda istədiyi kimi çıxış edə bilmədi, amma əsas önəmli olan nəticədir. Biz də bunu bacardıq. İndi “Qəbələ”nin özünü, adını Avropada tanıtmaq vaxtıdır. Hədəfimizə çatdıq".


Dodo qrup mərhələsində də layiqli çıxış etməyə çalışacaqlarını deyib:

"Bizi qarşıda qrup mərhələsi gözləyir. Çalışacağıq ki, orada da layiqli çıxış edib, azarkeşlərimizi sevindirək. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq".

"Qəbələ"nin kapitanı onu da bildirib ki, “Panatinaikos”la matçda iki qol vursa da, qazandıqları bu nəticə bütün komandanın uğurudur:

"İlk qolda Rikardinyo, ikincidə Aleksey Qay ötürmə etməsəydi, mən fərqlənə bilməzdim. Nəticə qazanmışıqsa, bunu bütün komanda ilə etmişik. Son 10 dəqiqəni daha çox müdafiədə keçirməyimiz onunla bağlıdır ki, həm rəqib daha çox hücum edirdi, həm də nəticə bizim üçün sərfəli idi. Yaratdığımız qol imkanlarını qaçırdığımıza gəlincə, hər bir futbolçu qol vurmasını istəyər. Bu isə bəzən alınır, bəzən alınmır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail