"Qəbələ" üçün əlamətdar gün

01.09.2015 | 3199 dəfə oxunub

Bu gün "Qəbələ” İdman Klubunun 10 yaşı tamam olur.

 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də "Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçən klub 2005-2006 mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edib. 2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək "Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya yüksəlib. 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də "Gilan” PFK adını "Qəbələ” PFK adına dəyişdirib.

 

Premyer Liqada 10-cu mövsümünü keçirən klub artıq çempionatın liderlərindən birinə çevrilib. Son iki mövsümdə bürünc medalların qazanılması, 2013-2014 mövsümündə kubokun finalı da buna sübutdur. Ötən yay avrokuboklarda debüt edən komanda bu il 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən "Qəbələ” "Dinamo” (Tiflis, Gürcüstan), "Çukariçki” (Serbiya), "Apollon” (Kipr), "Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubun qrupda "Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq "Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur.
 

 

"Qəbələ” İdman Klubu təkcə əsas komandanın uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri son illərdə 14 dəfə Azərbaycan çempionu olub. Akademiyanın fəaliyyət göstərdiyi 8 ildə 3 dəfə 15 yaşadək futbolçular arasında "Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib.

 

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan "Qəbələ”də döyüş növləri - boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. Qısa müddətdə döyüş növləri üzrə idmançılar Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Azərbaycanı və "Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılarımız yaddaqalan uğura imza ataraq turniri 2-i qızıl olmaqla 5 medalla tamamlayıblar. Qəbələ Atıcılıq Klubunun mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biri olmaqla yanaşı, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Ötən il Dünya Kubokunun final mərhələsini, ötən ay isə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələ yarışı Qəbələdə baş tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail