Gündüz Abbaszadədən "Neftçi"yə ağır ittihamlar

01.09.2015 | 4249 dəfə oxunub

“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Gündüz Abbaszadə vəzifəsindən getməsi ilə bağlı açıqlama verib:

“Dünəndən dostlarım məndən səbəbləri soruşur, maraqlanır. Sağ olun, var olun. Səbəblərə gəlincə, avqustun 1-dən rəsmən məzuniyyətdə (!) olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı qalmaq olar? Elnur Məmmədov Braziliyada olduğundan narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Süleymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə adı çəkilən insanlara mən cavab verə bilmərəm. Çünki onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyanata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyənata görə niyə cavab verməli idim? İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi facebook səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə, bir də məndən vaxtı ilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova (Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və... Bitdi. Canımı, qanımı verməyə hazır olduğum “Neftçi”dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin... Nə isə.. “Neftçi”də işlədiyim üçün peşmanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu... Niyə peşman olum ki?” – deyə G.Abbaszadənin Facebook statusunda bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail