“Neftçi”nin Müşahidə Şurasının iclası keçirildi

03.09.2015 | 4042 dəfə oxunub

Uzun müddətli fasilədən sonra bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

İclasda “Neftçi”nin büdcə layihəsi müzakirə olunub və klubun büdcəsi Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Məlumata görə, “Neftçi” üzvlük kartları ilə bağlı layihə yüksək qiymətləndirilib və layihənin daha da genişlənməsi ilə bağlı qərar qəbul edilib.

İclasda həmçinin “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabat təqdim edilib. Səfər çərçivəsində Braziliyanın “Fluminense” klubu ilə əməkdaşlığın gedişatı yüksək qiymətləndirilib. Əməkdaşlığın iqtisadi baxımdan səmərəli olduğu vurğulanıb. Əməkdaşlığın davamı olaraq “Fluminense” klubunun nümayəndələrinin yaxın zamanda ölkəmizə səfər edəcəyi ilə bağlı hazırlıq tədbirlərinin görülməsi ilə əlaqədar qərar qəbul edilib.

İclasda “Neftçi” PFK-nın 8-ci km. qəsəbəsi stadionunda muzey layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.

“Neftçi” PFK-nın həmin stadionda fan-şop layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail