Starkov: "Hesabın necə olacağı haqda proqnoz vermək istəmirəm"

23.09.2011 | 4035 dəfə oxunub

"Bilirik ki, "Neftçi" ilə oyun bizim üçün çox vacibdir. Bunu həm məşqçilər korpusu, həm futbolçular, həm də rəhbərlik yaxşı başa düşür". Stadium.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Aleksandr Starkov klubun rəsmi saytına açıqlamasında deyib.

Starkov müsahibəsində Premyer Liqanın 7-ci turunda "Neftçi" ilə keçirəcəkləri oyun haqda danışıb:

"Neftçi" ilə oyuna çox ciddi hazırlaşırıq. Bu bizim üçün xüsusi oyundur. Burada hər xırda detala da diqqət yetirmək lazımdır. Məhz belə xırda nüanslar sonda qələbəyə gətirib çıxarır.

Təbii ki, komanda qələbə qazanamq üçün meydanda əsl xarakter nümayiş etdirməlidir. Sonadək mübarizə aparmalıyıq. Mən futbolçularıma inanıram. Ancaq bu oyunda kimin qalib gələcəyi və hesabın necə olacağı haqda proqnoz vermək istəmirəm. Çünki yanılmış olaram.

Çox şadam ki, biz "Neftçi" ilə oyuna turnir cədvəlinin ikincisi kimi çıxacağıq. Çalışacağıq ki, öz mövqeyimizi qoruyaq və daha da irəli gedək. Sonda "Turan"la oyunda bizi dəstəkləyən azarkeşlərə də təşəkkürümü bildirirəm. Onlar bizi səfərdə də yalnız buraxmadılar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail