Roman Qriqoeçuk: "Fikrimi komandadakı çatışmazlıqlara yönəltdiyimdən "Çernomorets”in oyununa çox nəzər yetirmədim”

07.09.2015 | 1266 dəfə oxunub

"Biz uzun yol qət edib gəlmişdik ki, təlim-məşq toplanışı keçirib, hazırlığımızı daha yüksək səviyyəyə çatdıraq. Bunun üçün azarkeşlər önündə yoxlama oyunu keçirmək istəyirdik. Sadəcə yoxlama matçı deyil, beynəlxalq görüşlər səviyyəsində olan bir qarşılaşmada qüvvəmizi sınamaq fikrində idik".

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna "Çernomorets"ini Odessadakı təlim-məşq toplanışı çərçivəsində yendikləri yoldaşlıq görüşündən sonra deyib.

O, istəklərinin baş tutması səbəbindən sevincini gizlətməyib. Qriqorçuk yerli azarkeşlərin oyuna və onun özünə marağından da razılıq ifadə edib:

"Sevinirik ki, istəyimiz baş tutdu. Odessada da "Çernomorets”lə görüşümüzə maraq oldu, yerli azarkeşlər rəsmi matça yaxın olan oyuna diqqət ayırdı. Azarkeşlərin oyun ərzində bir neçə dəfə adımı səsləndirib, dəstəkləməsi məndə xoş təəssürat yaratdı. Onların belə addımı "Çernomorets”də çalışdığım vaxtları xatırlatdı. Azarkeşlərə minnətdaram ki, həmin vaxtları unutmayıblar. Odessada çalışanda yaxşı komanda yaratmışdıq. Bunu onlar üçün etmişdik".

Qriqorçuk keçmiş yox, hazırkı komandasının oyununa diqqət yönəltdiyini də əlavə edib: "Mən diqqətimi əsasən öz komandamın oyununa yönəltmişdim. Fikrimi komandadakı çatışmazlıqlara yönəltdiyimdən "Çernomorets”in oyununa çox nəzər yetirmədim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.08.2019

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

21.08.2019

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - YENİLƏNİB

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi