"Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdır"

07.09.2015 | 3274 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin dəvəti ilə əvəzedici heyətdən əsas komandaya çağırılan gənclər artıq “dubl”a qayıdıb. Əsas komandanın Yevlaxda keçirilən təlim-məşq toplanışında iştirak edən gənclər arasında Rəhman Allahverdiyev də vardı. O, “Şəmkir”ə qarşı yoxlama oyununda da meydana çıxmışdı.

 

Stadium.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 19 yaşlı yarımmüdafəçi əsas komandaya çağırılmasından danışıb: “Biz gənclərə etimad göstərib əsas komandaya dəvət etmişdilər. Təlim-məşq toplanışında çox şey öyrəndik. Keçdiyimiz hazırlığı normal qiymətləndirirəm. Verilən bütün tapşırıqları yerinə yetirməyə çalışdıq. Şahin müəllim təcrübəli mütəxəssisdir, yenidən əsas komandaya dəvət alsaq, möhkəmlənmək üçün əlimizdən gələni edəcəyik”.

 

Allahverdiyev üç ildir ki, “Kəpəz”in şərəfini qoruyur. Allahverdiyev bundan əvvəlki iki mövsümdə “sarı-göylər”in heyətində birinci divizionda çıxış edib. Universallığı ilə seçilən futbolçu müdafiə və yarımmüdafiə xəttində oynaya bilir: “Hər bir futbolçunun aruzusu elitada çıxış etmək, əsas heyətdə oynamaqdır. Bizə verilən şansdan maksimum istifadə edib özümüzü doğrultmalıyıq. Meydanda məni məşqçilər ayrı-ayrı mövqelərdə sınayıb. Harada uyğun görüblərsə, orada da layiqincə oynamağa çalışmışam. Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdır. Məşqçi nə deyirsə, onu etməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail