Məhəmməd Mirzəbəyov: "Malta ilə oyunda sadəcə, bəxtimiz gətirmədi"

07.09.2015 | 3041 dəfə oxunub

Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə səfər oyunundan (2:2) sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun asan keçmədi. Hava çox isti idi. Bu da hər iki komandaya çətinlik yaradırdı. Buna baxmayaraq, biz yaxşı oyun keçirə bildik. Sadəcə, müəyyən səhvlərə yol verdik ki, bu da qələbə qazanmağımıza mane oldu. Lakin hamımız səhv edə bilərik. Qələbə bizim olmalı idi.

- Sizcə, qələbə qazanmağımıza müdafiədəki səhvlər mane oldu, ya hücum xəttinin ələ düşən şanslardan maksimum yararlana bilməməsi?
- Bizim qol vurmaq üçün şanslarımız çox idi. Amma rəqib komanda da müdafiədə çox yaxşı oynadı. Onlar böyük qüvvə ilə müdafiə olunurdular. Mənə elə gəlir ki, bizim həm də bir az bəxtimiz gətirmədi.

- Sizə elə gəlmir ki, hücumçularımız belə üstün olduğumuz oyunda qələbəni təmin etməyə borclu idilər?
- Əlbəttə, hamımız istəyərdik ki, daha çox qol vuraq. Amma mən qələbə qazana bilməməyimizin günahını ayrı-ayrı futbolçuların üzərinə atmaq istəməzdim. Çünki bütövlükdə, komandamız qələbə qazana bilmədi, ayrı-ayrı futbolçular yox.

- Norveç və Xorvatiya kimi rəqiblərlə oyunlarda qapısını toxunulmaz saxlayan komanda Maltadan iki qol buraxdı...
- Futbolda nəyin necə olacağını öncədən heç kim deyə bilməz. Bu, bir daha göstərdi ki, güclü rəqiblərlə oyunlarda qol buraxmaya bilərsən, amma hansısa zəif rəqib qarşısında aciz qalarsan.

- Sizcə, yığmamız iki xal itirdi, ya səfərdə heç-heçə də uğurlu nəticədir?
- Əlbəttə, biz qələbəyə köklənmişdik. Amma bu nəticə də pis deyil. Bizim sadəcə, bəxtimiz gətirmədi. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail