Tuyqun Nadirov Rahid Əmirquliyev haqqında nələr danışdı?

08.09.2015 | 4556 dəfə oxunub

"Rahid Əmirquliyevin millidəki çıxışını izləyirik. Malta ilə oyunda da özünü yaxşı tərəfdən göstərdi". 

 

Stadium.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

 

Cənub təmsilçisi kapitanının Azərbaycan millisindəki oyununu dəyərləndirən vitse-prezident R.Əmirquliyevin yığmada həm özünün, həm də klubunun adını yüksəltdiyini bildirib. O, futbolçunun Malta ilə son səfər oyununda (2:2) rəqib qapısından 2 top keçirməsindən danışıb: "Mən qürur hissi keçirirəm. Rahid bu oyunda "dubl" etdi. Təəssüf ki, oyun heç-heçə başa çatdı. İstər Rahid, istər Azərbaycanın digər bir futbolçusu xarici komandaya qol vuranda fəxr edirik, qürur duyuruq. Əmirquliyev milliyə layiq oyun nümayiş etdirir".

T.Nadirovun sözlərinə görə, R.Əmirquliyev bu oyunu ilə klubun kapitanlığına layiq olduğunu bir daha sübuta yetirib: "Rahid komandamızın kapitanıdır, aparıcı oyunçudur. O, öz oyunu ilə kapitanlığa layiq olduğunu sübut edir. Ən əsası odur ki, futbolçumuz millinin şərəfini qoruyur. Bu, Rahidin özünə etdiyi ən böyük hədiyyədir".

"Xəzər Lənkəran" rəsmisi komandanın digər futbolçusu Vaqif Cavadovun "Qəbələ"yə keçidinə də münasibət bildirib: "Bu, hər iki klubun rəhbərlik və məşqçiləri səviyyəsində verdiyi qərardır. Ümid edirik ki, Vaqif "Qəbələ"yə elə-belə getməyib, yeni komandasına kömək edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail