"Xəzər Lənkəran" nümayəndəsi azarkeşlərdən və yeni trasnferlərdən nələr danışdı?

10.09.2015 | 7524 dəfə oxunub

Yeni mövsümə uğurlu başlayan "Xəzər Lənkəran"ın bu nəticəsi yerli azarkeşlərə də təsirsiz ötüşməyib. Belə ki, hər zaman adından söz etdirməyi bacaran lənkəranlı azarkeşlər yenidən "fırtınalar meydanına" gəlməyə başlayıb. Bunun da səbəbi heç şübhəsiz fanatların "Xəzər Lənkəran"a inamından irəli gəlir. Bütüm bu məsələlər haqqında da münasibət bildirmək üçün, "Xəzər lənkəran"ın azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi Elmar Tağıyevlə əlaqə saxladıq.

Stadium.az-a danışa Tağıyev məsələyə münasibəti belə oldu:

"Azarkeşlərimiz bu il çox ümidlidilər. Son oyunlara daha çox azarkeş gəlməsinin də səbəbi elə budur. Artıq komandamız keçen ilki komanda deyil. Yeni transferlərin bizə xeyir verəcəyinə inananlar çoxdu. "Xəzər Lənkəran" ilk 3 oyunu gənc futbolçularla oynadı və 5 xal qazana bildi. Bu da bizim azarkeşlər tərəfindən yüksək qiymətləndirildi. Komandamıza yeni cəlb olunan futbolçulara görə nə qədər sevinsək də, biz heç vaxt yerli, gənc və başqa bölgülər aparmırıq. Çünki, "Xəzər Lənkəran" forması geyinən bütün futbolçular bizim azarkeşlərin sevimlisidir, əzizidir. Son zamanlar Vüqar Nadirov və Ruslan Abışovla yaranan xoşagəlməz xəbərlər də düzgün deyil. Azarkeşlərə demək istəyirəm ki, belə informasiyalara inanmasınlar. Özüm olardan şəxsən soruşdum və hər ikisi "Xəzər Lənkəran"dan gedəcəkləri ilə bağlı xəbərlərin yalan olduqlarını dedilər".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail