Qriqorçukdan Azərbaycan jurnalistlərinə dəstək

10.09.2015 | 2765 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk futbolçusu Aleksey Antonovun Ukrayna mətbuatına müsahibəsində azərbaycanlı jurnalistləri qeyri-peşəkarlıqda ittiham etməsinə münasibət bildirib.

Stadium.az xəbər verir ki, ukraynalı mütəxəssis "azerisport.com"a açıqlamasında Antonovla bu barədə danışacağını deyib. O, özünün Azərbaycanda idman jurnalistikasının durumundan razı qaldığını bildirib:

"Futbolçular, məşqçilər və jurnalistlər arasında qarşlıqlı hörmət olmaldır. Jurnalistlərə hörmət etməliyik. Hamımız futbolun inkişafına çalışırıq. Mən Antonovun verdiyi müsahibəni oxumamışam. Amma bu barədə ondan soruşacağam. Futbolçularıma da demişəm ki, Azərbaycanda jurnalistikanın səviyyəsi ciddidir və mətbuat nümayəndələri ilə danışarkən diqqətli olmalıyıq. Hətta nəticələr ürəkaçan olmayanda da jurnalistlərlə danışmaqdan imtina etmək olmaz. Qeyri-peşəkar jurnalistlər hər bir ölkədə var. Bütün jurnalistlərlə danışmaq mümkün deyil. Amma yalnız peşəkarla danışıb, qeyri-peşəkarlarla danışmamaq da mümkünsüzdür. O, heç vaxt müsahibə verməkdən imtina etmir. Aleksey çox yaxşı insandır" – deyə R.Qriqorçuk bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail