"Futbolçularıma təşəkkür edirəm"

12.09.2015 | 3163 dəfə oxunub

“Mən ilk növbədə istəkli komanda yaratdığına görə Yunis Hüseynovu təbrik edirəm. Hər iki komandanın azarkeşlərinə minnətdaram. Futbolçularıma təşəkkür edirəm ki, qələbə üçün əllərindən gələni etdilər".


Stadium.az xəbər verir ki bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Xəzər Lənkəran"a qalib gəldikləri matçdan (1:0) sonra deyib.

O bildirib ki, qələbə qazanmasaydılar belə, oyunçulardan razı qalacaqdı:

"Çünki meydançada düzgün mübarizə aparırdılar. Futbolçular dinamik komandaya qarşı süni örtüklü meydançada çıxış etdilər. Rəqib oyunun ilk dəqiqəsindən meydançanın hər qarışı uğrunda mübarizə aparırdı".

Q.Qurbanov  qarşıda onları Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə qarşı ağır oyun gözlədiyini vurğulayıb:

"Həmin matça qədər komandanı optimal vəziyyətə gətirməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail