"Qəbələ"nin məğlubiyyətsizlik seriyasına "İnter" son qoydu

14.09.2015 | 2918 dəfə oxunub

“Qəbələ”nin Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Stadium.az xəbər verir ki, "qırmızı-qaralar” 15 matçdan sonra meydanı xalsız tərk edib. 

Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə qarşılaşmasına 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun komandası sonuncu dəfə ötən mövsüm, fevralın 15-də məğlub olub. Həmin vaxt öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə yenilən qəbələlilər 209 gündən sonra xalsız qalıb. Bu müddətdə “Qəbələ” 12 qələbə qazanıb, 3 heç-heçə edib.

Klub tarixinin rekordunu təkrarlaya bilməyən əyalət klubu 2011-ci ildə imza atdığı 16 oyunluq seriyanın 1 addımlığında uduzub. Ümumiyyətlə isə ölkə çempionatlarının 23 illik tarixində 30-cu dəfə bir komanda 15 və daha çox matçda uduzmayıb. 2-ci dəfə buna nail olan “Qəbələ”dən başqa, “Neftçi” 6, “Xəzər Lənkəran” 4, “Şəmkir”lə “İnter” hərəyə 3, “Bakı”, “Karvan”, “Kəpəz”, “Qarabağ” və “Turan” 2,  AZAL-la “Xəzri” 1 dəfə 15 və ya daha çox matçdan ibarət seriyaya imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail