Prosineçkinin kabab sevgisi və eşşək dağlayan YAZI

14.09.2015 | 2288 dəfə oxunub

Ötən həftə futbol aləmində yaddaqalan hadisələr oldu. Bir zamanlar dünyanın futbol meydanlarında xarüqələr yaradan Davor Şuker dəsmal götürüb, hönkür-hönkür ağladı. Elə ağladı, elə ağladı ki, Azərbaycanda da eşidildi. Doğrusu, çox mütəəssir oldum. Şuker hazırda Xorvatiya Futbol Federasiyasının prezidentidi. Yəni bizim Rövnəq Abdullayevdi. Xorvatiya yığması iki oyun uğursuz çıxış edən kimi Şuker baş məşqçini yığmadan qovdu. İndi məşqçi axtarır, tapa bilmir. Məsləhət görüblər ki, Azərbaycan yığmasının xorvat baş məşqçisi Robert Prosineçkini dəvət etsin. Elə ağlamağa da bu məsləhətdən sonra başalyıb. Deyib ki, Prosineçki Azərbaycanda kabab yeyir. Biz ona kabab yox, borş verə bilərik.

Deyirəm ki, ünlü futbolçu olmaqla deyil ki... Sən dünyanın adlı-sanlı klublarında oynaya bilərsən. Hətta Xorvatiya Futbol Federasiyasına da başçılıq edə bilərsən. Amma nə fayda... Yüz sənin kimi Şukerdənsə, Xorvatiyanın bircə Rövnəqi olsaydı, bəs edərdi. Xorvatiya Avropa çempionatının seçmə mərhələsində qrup liderliyini əldən verən baş məşqçini postundan qovur. Özü də borş yedirtdiyi baş məşqçini. Bizim federasiya rəsmiləri isə qrupda sondan üst pillədə qərarlaşan yığmanın baş məşqçisinin kabab yeyən dodaqlarından öpürlər.

Zatən, Prosineçki kababı bəyəndiyinə görə azərbaycanlıların sevimlisinə çevrildi. Nədən bilirəm kababı bəyənib? Azərbaycana gələndən çəkisi yalan olmasın, 20 kilo artıb. O Berti Foqts vardı ey, AFFA rəhbərliyi ha çalışdı, ona kababı bəyəndirə bilmədi. Zalım oğlu elə sosiska ilə pivəyə meyl etdi. 6 il Azərbaycanda qaldı, qarın bağlamadı ki, bağlamadı. Bu, bizim üçün həqarət, erməninin dəyirmanına su tökmək idi. Ona görə Azərbaycan xalqı ona daim nifrət bəslədi. Prosineçki isə başqa aləmdi.

Görəsən, Rövnəq Abdullayevin Şukerə yazığı gələr? Gəlsəydi, Zaqrebdə SOCAR-ın yanacaqdoldurma məntəqəsini açardı. Verərdi ona ki, gedib işləsin, özünə bir tikə çörək qazansın. Arada kabab da yeyərdi.

Kababdan söz düşmüşkən, ötən həftə Azərbaycanın futbol təsərrüfatından da tüstü çıxdı. Elə bildim ki, kabab bişirirlər. Öyrəndim ki, kabab-zad bişirən yoxmuş, Saleh Arslan eşşək dağlayırmış. Həmkarımızın eşşək dağlaması "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevi möhkəm qəzəbləndirib. Nöşün ki, ünlü yazıçımız heyvansevərdi. Daim heyvanların hüquqlarını qoruyur. Özü də bu yaxınlarda statistika komitəsi Azərbaycanda eşşəklərin sayının azaldığı barədə məlumat yaymışdı. Belə bir məqamda Saleh Arslanın eşşək dağlaması vətənə xəyanətdi. Ünlü yazıçımız haqlı olaraq Saleh Arslanı "milli xain" adlandırıb. Mən də Arslanı qınayıram, ar olsun deyirəm. Söz verirəm ki, bu "milli xain"in yazılarını bundan sonra oxumayacam.

Yeri gəlmişkən, ünlü yazıçımızın rəhbərlik etdiyi komanda çempionatın 4-cü turunda "Rəvan"a qalib gəlib. Bu möhtəşəm qələbə münasibətiylə Çingiz Abdullayevin kitablarının satıldığı ölkələrdən və "Pen-Klub" üzvlərindən yazıçıya milyonlarla təbrik məktubu gəlib. Saleh Arslan kimi "milli xain"in - eşşək dağlayanın acığına mən də bu təbriklərə qoşuluram. Təbrik edirəm, Çingiz müəllim!  komanda.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ