"Qəbələ" PAOK-la oyuna hazırlaşır - FOTO

15.09.2015 | 3685 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ” I turun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, Premyer Liqanın IV turunun “İnter”lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən komanda qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır.

Son matçın ertəsi bərpaedici məşqi paytaxtda gerçəkləşdirən “qırmızı-qaralar” ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”ya təsadüf edəcək.


“Qəbələ” – PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail