Tahir Gözəl: "Qarşımızdakı rəqib böyük komanda idi"

18.09.2015 | 2540 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində səfərdə "Tottenhem"ə uduzduqları görüşdən (1:3) sonra sualları cavablandırıb. 


- Komandanız çətin London səfərindən xalsız qayıdır. Oyun haqqında nə deyə bilərsiz?

- Qarşımızdakı rəqib böyük komanda idi. Rəqibin heyətində matçın sonlarına yaxın meydana çıxan 10 nömrəli futbolçularının (Hari Keyni nəzərdə tutur - red) 60 milyon avro qiyməti var. Bütün bunlara baxmayaraq, "Qarabağ" rəqibin adından çəkinmədən gözəl oyun sərgilədi və bizim qürurumuzu ucaltdı. Bir söz də deyim ki, rəqibin ilk qolu çox axmaq bir qol idi. Qapımıza vurulan həmin topdan sonra komandamız bir az özünü itirdi. Hesab edirəm ki, "Qarabağ"ın dəstəyə ehtiyacı var. Sabah (bu gün) komandamız Azərbaycana qayıdır. Bütün xalqımız bir olub, cavab matçında onlara öz gücümüzü göstərməliyik.

- Yəni "Qarabağ"ın oyunundan razı qaldınız?

- Çox razı qaldım. Komandamla fəxr edirəm ki, belə rəqiblə canla-başla oynayıb, matçda ürəklərini qoydular. Tahir Gözəl olaraq "Qarabağ"la qürur duyuram.

- İlk matçda uduzsanız da, hələ də şansınızın olduğunu söyləmək olar?

- Təbii ki. Amma çox çətin qrupa düşmüşük. "Qarabağ" bu qrupda nəsə edə bilsə, "ölümsüz" olacaq. Çünki bu çətin işin mükafatı odur. "Tottenhem"lə oyunda mən özünə güvənən, taktika ilə oynayan, qorxmaz "Qarabağ" gördüm. Ona görə də çalışacağıq ki, daha yaxşı nəticələr qazanaq.

- Belə bir çətin qrupda "Qarabağ"ın qarşısına hansısa bir hədəf qoyulubmu?

- Qurban Qurbanovun bütün istəklərini yerinə yetirdik. Yeni futbolçular komandaya qoşuldu. Yəni, bütün imkanlarımızdan istifadə edirik ki, "Qarabağ"ı daha böyük yerlərə aparaq. Cavab matçında da hər şeyin ən yaxşısını etməyə çalışacağıq. Hədəfimiz qazanmaq və qrupdan çıxmaqdır. Bütün Azərbaycan xalqını ev oyunlarında stadiona dəvət edirəm.qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail