"Çox adam mənə deyir ki.."- "Kəpəz"in futbolçusu

18.09.2015 | 2724 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Kəpəz” Gəncədə “Qarabağ”ı qəbul edəcək.


Stadium.az xəbər verir ki, qarşıdakı oyuna hazırlığı davam etdirən “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Əliyev Ağdam klubu ilə oyun haqda danışıb: “Çətin oyun olacaq. Rəqibimiz Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb və artıq ilk matçını keçirib. “Tottenhem”dən sonra isə bizimlə oyuna çıxacaqlar. Düzdür, yorğun olacaqlar. Amma heyətləri genişdir, bəlkə də, Londonda oynayanlara istirahət veriləcək. Ötən tur qələbə qazanmışıq, inşallah, uğurlu çıxışımızı davam etdirmək istəyirik. Bunun üçün əlimizdən gələni etməyə çalışacağıq”.


Şəhriyar Əliyev mövsümün əvvəlində Ağdam təmsilçisindən “Kəpəz”ə keçib. Müdafiəçi icarə əsasında Gəncə klubunda top qovur: "Çox adam mənə deyir ki, yəqin bu oyunda özünü "Qarabağ"a göstərməyə çalışacaqsan. Hətta aqressiv oynamağa meyl edəcəyimi düşünənlər də var. Rəqibin kimliyinin fərqi yoxdur, biz hər oyuna çıxanda meydanda canımızı qoymağa çalışırıq. Deməzdim ki, sərt, kobud oynayacağam. Sadəcə, fikrim layiqincə mübarizə aparmaqdır. Müqavilə ilə Ağdam klubuna məxsus olsam da, icarə əsasında “Kəpəz”dəyəm. Maaşı da bu komandadan alıram, ona görə əvəzini verməliyəm. İlk növbədə Gəncə təmsilçisinin heyətində özümü məşqçilərə, azarkeşlərimizə göstərməliyəm. Baş məşqçimiz Şahin Diniyevin etimadını qazanmalıyam. “Qarabağ” böyük klubdur, kim orada oynamaq istəməz? Amma indiki halda özümü “Qarabağ”a göstərmək ikinci məsələdir, məqsədim “Kəpəz”ə qələbə qazandırmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail