"İdman Azərbaycan" "Qarabağ"lılara cavab məktubu yazdı

18.09.2015 | 3545 dəfə oxunub

Xəbər verdiyimiz kimi, "Tottenhem" - "Qarabağ" görüşünün şərhçiliyindən narazı qalan"İmarət" fanklubu  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə açıq məktub yazmışdı. Stadium.az xəbər verir ki, "İdman Azərbaycan" kanalı bu məsələyə öz "facebook" hesablarında münasibət bildirib.

 

"Dünən İdman Azərbaycan kanalı vasitəsilə tamaşaçılarımız Londondan Tottenhem-Qarabağ oyununu izlədilər. Məhz İdman Azərbaycan kanalı vasitəsilə azarkeşlərimiz doğma komandalarımızın avrokubok oyunlarını uzun illərdir ki, seyr edirlər. Bütün bunlara görə kanala təşəkkür edilməsinə ehtiyac yoxdur. Bu bizim borcumuzdur və hər bir azərbaycanlının istəyini başa düşürük. Lakin müəyyən KİV hər bir işimizdə qənbərqulu tapmağa çalışır. Halbuki ilk növbədə irad bildirməzdən təşəkkür etməlidir. 

Dünən keçirilən oyun zamanı edilən irad isə aparıcıların şərhi olub. Bəzilərinin fikrincə şərhçi həddindən az emosional olub. Halbuki , başqa vaxtlarda tənqidçilərimiz şərhlər zamanı aparıcıların həddindən artıq çığırdığını yazır. Bu məsələdə heç bir zaman ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Belə ki, hər bir insanın öz zövqü var və hərə bir cür aparıcılığı sevir. Məhz bu səbəbdən də heç bir şərhçi hamı tərəfindən sevilmir. 

Bildirmək istəyirik ki , İdman Azərbaycan kanalı və orada çalışan hər bir kəs bütün komandalarımıza və idmançılarımıza eyni gözlə baxır və onların qələbəsini arzulayır. Şərhçilər də tamaşaçılar kimi oyuna adi televizordan baxır və şərh zamanı olan qüsurlar başa düşüləndir. Bütün bunlar televizor qarşısında əyləşənlər tərəfindən nəzərə alınmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail