"Digər variantlarım da var idi"

19.09.2015 | 2999 dəfə oxunub

“Hər şey tez bir zamanda baş verdi, danışıb razılaşdıq. “Kəpəz”ə keçdiyim üçün çox şadam. Digər variantlarım da vardı, amma baş məşqçi Şahin Diniyevlə danışandan sonra Gəncə klubunu seçdim”.

 

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni futbolçusu Rəşad Eyyubov söyləyib. Transferi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verən futbolçu daha sonra bunları əlavə edib: “”Kəpəz”in böyük tarixi var, bunu bilirəm. Azarkeşi də çoxdu, hər oyun komandanı dəstəkləyirlər. Açığı, hamının yaxşı tanıdığı kluba keçmişəm, məncə, komandanın təqdimata ehtiyacı yoxdur”.

 

Odessa futbol məktəbinin yetirməsi olan Rəşad Eyyubov 2011-ci ildə tarixi vətəninə gəlib. Həmin vaxt “Kəpəz”də baxışda olan oyunçu sonradan “Simurq”a keçmişdi: “Azərbaycana ilk gəlişimdə “Kəpəz”ə təklif olunmuşdum. İki həftə düşərgədə baxışdan keçdim, yəqin ki, hazır olmadığım üçün komandaya götürmədilər və başqa kluba keçəsi oldum. Tale məni yenidən bu komandaya gətirdi, indi oynamağa və kömək etməyə tam hazıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail