Gəncədə yeni rekord

21.09.2015 | 3044 dəfə oxunub

Azərbaycan Premyer Liqasında son 9 mövsümün yeni rekordu qeydə alınıb. Stadium.az xəbər verir ki, 
5-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasını 20000 tamaşaçı izləyib. 

Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudur. Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınıb. 2007-ci il fevralın 16-da Bakıda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplayıb. 3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub. 

Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədir ki, tamaşaçı sayı 20000 və ya daha çox olur.

2004/2015-ci illərdə 20000 və daha çox azarkeşim izlədiyi çempionat oyunları

 

2004/2005

10.06.2005. Qızıl oyun.  “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Gəncə şəhər stadionu. 25000 tamaşaçı


2006/2007

16.05.2007. “Neftçi” – “Xəzər Lənkəran” -  1:0 – 25000

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25000 tamaşaçı


2004/2005

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı


2015/2016

20.09.2015. “Kəpəz” – “Qarabağ” – 2:3

Gəncə şəhər stadionu. 20000 tamaşaçı

Qeyd edək ki, mövsümün əvvəlki turlarında qeydə alınan cəmi seyrçi sayı da “Kəpəz” – “Qarabağ” matçından az olub. İlk turunu cəmi 14000, II turu 16300, III turu 13350, IV turu 17400 tamaşaçı izləmişdi. (pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail