"Neftçi" - "Xəzər Lənkəran" oyunu lənkəranlıların gözündə

21.09.2015 | 2629 dəfə oxunub

“Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçirilən növbəti “Böyük oyun” da belə başa çatdı. Adəti üzrə yenə “Xəzər Lənkəran”a qarşı hakim ədalətsizliyi, qapısına təyin olunan penalti, futbolçusuna verilən qırmızı vərəqə və nəticədə qeydə alınan 1-1-lik hesab. Ümid edirəm ki, meydandakı “oyun” və hakim idarəçiliyi barədə idman jurnalistlərimiz kifayət qədər vicdanlı və obyektiv yazılar yazacaqlar. Məni ciddi narahat edən bu günkü oyunda peşəkar bir klubun meydandankənar buraxdığı 5 “quş”dur. Gəlin bir-bir sadalayım.
 
Bilet var, giriş yox
 
“Böyük oyun”un üzərimdə yaratdığı həyəcana görə oyunun başlamasına düz 1 saat 15 dəqiqə qalmış mən artıq “Bakcell Arena”nın qarşısında idim. Yaxınlaşdım kassaya biletimi aldım ki, içəri daxil olum. Bileti təqdim etdikdə, nəzarətçilər mənə qapıların 15 dəqiqədən sonra açılacağını dedilər. Biletin üzərindəki “Qapılar oyundan 2 saat öncə açılır” yazısını onlara xatırlatdığımda “Bizə belə tapşırılıb, göstəriş veriləndə açacağıq” cavabını verdilər.
 
“Yaşılına kor baxanlar”…
 
15 dəqiqəni “öldürməyə” çalışarkən diqqətimi biletin üzərindəki bir məqam cəlb etdi. Orada ev sahibi komandanın loqosundan başqa heç bir loqo yox idi. Bu məndə elə təəssürat yaratdı ki, “Xəzər Lənkəran” bu gün səfər oyununa çıxmayacaq. Axı ağ-yaşıl klub özü “ev” oyunlarına bilet çap etdirərkən rəqibə hörmət və obyektivlik əlaməti olaraq onun da loqosunu öz loqosunun yanında çap etdirir. Doğrusu hələ stadiona ayaq basmamışdan gördüyüm bu iki biabırçılıq həqiqətən də mənə “böyük oyun”a gəldiyimi xatırlatdı.
 
Lal diktor
 
Oyun başladı, diktor düşdü “xod”a. Sözüm onda yox, belə də olmalıdır. Amma mənim üçün qaranlıq qalan, “Xəzər Lənkəran” futbolçularının əvəzetmələri zamanı diktorun susması idi. Sanki meydandan çıxan futbolçunun yerinə hər dəfə Mxitaryan daxil olurdu ki o anda diktorun səsi kəsilir, lal olurdu ki, düşməndir, adını çəkməsin.
 
Bizə düşmən lazım deyil
 
Düşmən dedim, yadıma düşmən düşdü. Deyirəm ki, bizə şərəfsiz erməni lazım deyil. Öz içimizdə olan beyinsizlər bu gün hamımızın vətəni olan Azərbaycanımızı parça-parça etdilər. “Neftçi” azarkeşlərini deyirəm. Oyunun sonlarına yaxın “ağ-qara” azarkeşlər həmişəkindən daha da irəli gedərək çox təhlükəli şüarlar səsləndirməyə başladılar. “Bakı şəhəri bizimdir, Neftçi irəli!”, “Azərbaycan bir olsun, Xəzər deyən kor olsun”. Mən başa düşmürəm, Bakı sizindirsə, bəs Lənkəran kimindir, bütün Azərbaycan hamımızın deyilmi? Və ya “Xəzər” dedikləri Azərbaycanın bir şəhərini təmsil edən klubun adı deyilmi? Bəlkə “ağ-yaşıllar” erməni klubudur biz bilmirik? Ümumiyyətlə “Neftçi” azarkeşləri bu təhlükəli şüarla kimi kimdən ayırırlar? Ümid edirəm ki, bütün bunlara aidiyyatı şəxslər tərəfindən ən qısa zamanda aydınlıq gətiriləcək.
 
Dördünü dedim, qaldı biri
 
Oyuna baxmaq üçün pul verib bilet alan tamaşaçıların öz avtomobillərini saxlamaları üçün “Bakcell Arena”nın ərazisində bir meydança da var. Oyun bitən kimi stadionun birinci çıxışından tələsik çıxıb oturdum sükan arxasına ki tıxaca düşməyim. Bu avtomobil meydançasının çıxışına çatanda gördüm ki, yanında Post Patrul Xidməti əməkdaşları olan orta yaşlarında bir dilənçi “qapıçı” sürücü tamaşaçılardan 50 qəpik tələb edir. Sanki stadion ərazisinə avtomobil girişi pulludur və belə də olmalıdır. Sıra mənə çatanda dedim ki “1 manat verib bilet almışam, 50 qəpik niyə?” Bu cavabı gözləməyən dilənçilər yolu açmaq məcburiyyətində qaldılar.
 
Bu da növbəti “Böyük oyun”, növbəti “peşəkarlıq” və növbəti “quş”lar.
(12cioyuncu.info)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail