AFFA niyə geri çəkildi? Elxan Məmmədov açıqladı

22.09.2015 | 4095 dəfə oxunub

Bakının Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın ot örtüyü dəyişdiriləcək.

 

Stadium.az xəbər verir ki, bu barədə report-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.


Onun sözlərinə görə, arenanın süni örtüyü təbii ot örtüyü ilə dəyişdiriləcək. E.Məmmədov bu addımın 2016-cı ildə Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı ilə əlaqədar atıldığını bildirib: "Qitə birinciliyi üçün nəzərdə tutduğumuz stadionlar arasında "Dalğa Arena" da yer alıb. Çempionatla bağlı UEFA-nın şərtləri var. Buna əsasən, oyunların hamısı ya süni, ya da təbii örtüklü stadionlarda keçirilməlidir. Amma 2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunmuş dünya çempionatında şərt belə idi ki, hər bir komanda oyunlarının yarısını təbii, yarısını süni örtüklü stadionlarda keçirməlidir".


Əlavə edək ki, AFFA Futbol Mərkəzinin ərazisində həm də Azərbaycan milli komandasının təlim-məşq bazası yerləşəcək. Bazanın açılışı oktyabrın 10-da UEFA prezidenti Mişel Platininin Bakıya səfəri zamanı baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail