"Kəpəz" fanklub rəhbəri: "20 min azarkeşi AFFA nümayəndəsi yazıb"

22.09.2015 | 3128 dəfə oxunub

Son vaxtlar "Kəpəz"in ev oyunlarına rekord sayda azarkeşin gəlməsi ölkə futbolsevərlərinin əsas müzakirə mövzusuna çevrilib. Yayılan xəbərlərə görə, şəhər icra başçısının tapşırığ ilə Gəncədə dövlət işində çalışan insanlar matça zorla gətirilir. Eyni zamanda tribunada olan azarkeşlərin sayının da süni şəkildə çoxaldılması diqqətdən qaçmır.


Stadium.az olaraq, "Kəpzə" fanklubunun rəhbəri Elmar Əliyevlə əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

"Son vaxtlar "Kəpəz"in ev oyununa bu qədər azarkeşin gəlməsi hər birimizi sevindirir. Bu ondan irəli gəlir ki, bölgədə futbolu çox sevirlər. "Kəpəz"in ev oyununa tək Gəncə deyil, digər şəhər və rayonlardan insanlar axın edir. Bizim azarkeşlər həm də çox çılğın və tərbiyəlidirlər. Stadionda nalayiq sözlər və ya hakimi söymək məsələləri tam yığışdırlıb. Xanımların zorla stadiona gətirilməsi söhbəti isə yalandır. Çünki, heç kimi güclə oyuna gətirmək olmaz. Bizim azarkeşlər üçün "Kəpəz"in oyunu çox maraqlı olduğu üçün insanlar ailəvi şəkildə gəlir. Siz bizim səfər oyunlarına getməyimizi görsəniz gözlərinizə inanmayacaqsız. 5-6 avtobus  insan gedir səfər matçına. Əksər fanatlar ayağ üstə qalır. Birçoxları isə şəxsi maşını ilə gedir. Qaldı "Kəpəz"in ev oyunlarına azarkeşlərin sayının çox yazılması. Bizim oyunlarda bilet satılmaması düzdür. Amma 20 rəqəmini biz yazmamışıq, bu rəqəmi AFFA nümayəndəsi yazıb. İnanıram ki, sevimli komandamız uğurlu çıxışı ilə daha da çox azarkeş stadiona toplayacaq".

Cavid ƏHMƏDOĞLU


"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail