"Bakı" komandası hazırlıqlarını davam etdirir FOTO

23.09.2015 | 2404 dəfə oxunub

Azərbaycan birinci divizionunda çıxış edən “Bakı” hazırlıqlarını davam etdirir. 

Stadium.az
xəbər verir ki, növbəti turda MOİK-lə qarşılaşacaq "zolaqlılar" gündəlik məşqlərlə qarşıdakı görüşə hazırlaşır.

Komandanın növbəti məşqi bu gün baş tutub. Hazırlıq prosesi yüngül qaçış və isinmə hərəkətləriylə start götürüb. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən futbolçular, daha sonra baş məşqçi Novruz Əzimovun tapşırığına əsasən ötürmə və komanda hərəkətlərinə yönəlik məşqlər üzərində çalışıb. Diqqətçəkən məqam odur ki, baş məşqçi özü də son tapşırıqda komanda ilə birgə məşq edib.

Qeyd edək ki, zədəsini müalicə etdirən Raul Yaqubzadə və Qeyrət Əliyev hazırlıqda iştirak etməyiblər.

Əlavə edək ki, “Bakı” - MOİK görüşü sentyabrın 25-də keçiriləcək. “Bakı”nın bazasında baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail