"Bizə vaxt lazım olacaq ki, gəncləri hazırlayaq"-Samir Əliyev

26.09.2015 | 3392 dəfə oxunub

Premyer Liqamızın VI turu “Qarabağ” – “Neftçi” oyunu ilə əlamətdar oldu. Matç 1-1 hesabı ilə başa çatdı.

Stadium.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Samir Əliyev oyundan sonra bunları deyib:

“Neftçi”  təcrübəli və gənc futbolçulardan ibarət “Qarabağ”la başabaş mübarizə apardı. Hətta hesabda irəli də çıxdıq. Amma son anda qələbəni əldən verdik. Oyunun sonunda olan penalti epizodunu görmədim. Görmədiyim epizoda isə şərh verə bilməyəcəyəm. Sadəcə, istəyim odur ki, hakimlər daha diqqətli olub, gənc oyunçuları həvəsdən salmasınlar. Bizə vaxt lazım olacaq ki, gəncləri hazırlayaq. Əlbəttə, oyunda vaxt uzatmaq bizə yaraşmaq. Gələcəkdə bunu etməməyə çalışacağıq.  Bəzi epizodlarda Anyete bir az artistlik elədi. Fəhmin Muradbəylidən isə soruşdum, dedi ki, ayağında ağrılar var.  Zədələnən Araz Abdullayevin əvəzinə meydançaya çıxan Ruslan Qurbanovu sonradan ona görə dəyişdim ki, ayağında ağrılar var idi. Gələcəkdə yaxşı oynayacaqsa, meydançada olacaq, hazır olmayacaqsa, kənarda qalacaq. Bizim üçün fərq eləməz. Adlara yox, hazır olan futbolçuya üstünlük verəcəyik. “Qarabağ” elə bir rəqibdir ki, onu həmişə təzyiq altında saxlamalısan. Bunun üçün də fiziki gücümüz yerində olmalıdır. Öz fəlsəfəmiz var və onu tətbiq etməyə çalışırıq. Ola bilər ki, gələn oyun pis oynayaq. Lakin bizim bir yolumuz var və həmin yol ilə gedirik. Gənc oyunçularımız çoxdur. Onların bir birini başa düşməsi üçün vaxta ehtiyacımız var.”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail