Platinidən Blatterə sarsıdıcı zərbə- açıqlama

27.09.2015 | 2210 dəfə oxunub

UEFA prezidenti Mişel Platini FİFA-da korrupsiya ilə bağlı şahid qismində ifadə verb.

Stadium.az xəbər verir ki, Mişel Platini öz ifadəsində FİFA-nın başçısı Yozef Blatterdən həmin təşkilatla müqavilə üzrə görülmüş işə görə 2 milyon İsveçrə frankı aldığını təsdiqləyib.

"Ödənişə gəlincə, bəyan etmək istəyirəm ki, bu məbləğ mənim FİFA ilə müqaviləyə uyğun olaraq gördüyüm işə aiddir. Hakimiyyət orqanları ilə bütün məsələlərə aydınlıq gətirməyə nail olduğum üçün şadam və istintaqla istənilən vaxt əməkdaşlıq etməyə hazıram", - Platini əlavə edib.

Xatırladaq ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterə qarşı səhlənkarlıq və mənimsəmə maddələri ilə cinayət işi qaldırıb. Bununla yanaşı, o, UEFA-nın rəhbəri Mişel Platiniyə FİFA-nın vəsaitindən qanunsuz olaraq iki milyon İsveçrə frankı ödəməkdə şübhəli bilinir. Guya bu vəsait 1999-cu ildən 2002-ci ilədək olan dövrdə yerinə yetirilmiş işlərə görə verilib, amma ödəniş yalnız 2011-ci ildə həyata keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail