AFFA-dan “İdman Azərbaycan”a cavab - “Bu qadağa tam qanunidir”

29.09.2015 | 4575 dəfə oxunub

Dünən Azərbaycan Futbol Federasiyası Topaz Premyer Liqasının oyunlarında yayım hüququna malik “CBC Sport” kanalından başqa digər televiziya kanallarının çəkilişinə qadağa qoymuşdu. Stadium.az xəbər verir ki, bu qadağa “İdman Azərbaycan” kanalında “Premyer Liqa” verilişinin yayımının dayandırılmasına səbəb olub.

“İdman Azərbaycan” kanalı verilişin bağlanması ilə bağlı yaydığı açıqlamada AFFA və qurumun baş katibi Elxan Məmmədovu günahlandıraraq futbolun inkişafına mane olduqlarını bildirib.

Biz də məsələ ilə bağlı Elxan Məmmədovun fikirlərini öyrənməyə çalışdıq. Baş katib “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu qadağa müqavilə şərtlərinə uyğun olaraq tam qanunidir:

“Bu ilin iyul ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edib. Tenderin şərtlərinə müvafiq ən real təklifi CBC kanalı irəli sürərək oyunların ilkin dövrdə CBC televiziya kanalında yayımlanacağını, "CBC Sport" kanalı üçün lisenziya alındıqdan sonra isə qarşılaşmaların bu kanal vasitəsilə yayımlanacağını bildirmişdi və tenderin qalibi olmuşdu.

Premyer Liqa oyunlarının yayım hüququna malik olan "CBC Sport" kanalının başqa televiziyalar və ya saytlar vasitəsilə oyunların çəkilişinə, habelə oyunlardan hazırlanmış videoreportajların yayımlanmasına qadağa qoyması müqavilə şərtlərinə uyğun olaraq tam qanunidir və bu praktika dünyanın əksər ölkələrində tətbiq olunmaqdadır.
Məsələn, Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsindəki bütün oyunlarının yayım hüququ İctimai televiziyaya məxsusdur və millinin oyunlarında digər televiziya kanalları çəkiliş aparmır”. “Qafqazinfo”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail